Qarabağda erməni əsgər özünü güllələdi

qarabagda-ermeni-esger-ozunu-gulleledi
Oxunma sayı: 1206

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində Ermənistan ordusunun əsgərləri Henri-Ayk Zakaryan və Armen Mesropyan intihara cəhd ediblər.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, başından güllə yarası alan Zakaryan Yerevan hərbi qospitalına çatdırılıb və əməliyyat olunub. Bu barədə Ermənistan müdafiə nazirinin müavini Qabriel Balayan məlumat verib. Yaralı əsgərin vəziyyəti ağır olaraq qalır.

Ermənistan ordusunun digər hərbçisi Armen Mesropyan isə sağ əlindən güllə yarası alıb. Onun həyatı üçün hər hansı təhlükə olmadığı və tezliklə hərbi xidmətə qayıdacağı qeyd edilib.

Hər iki faktla bağlı “qətl” və “özünü öldürmə həddinə çatdırma” maddələri üzrə cinayət işi açılıb.