Qarabağda erməni əsgərlər arasında atışma - Yaralılar var

qarabagda-ermeni-esgerler-arasinda-atisma
Oxunma sayı: 1401

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində hərbi hissələrin birində silahlı insident baş verib.

“Qafqazinfo”nun “sputnik Ermənistan”a istinadən verdiyi xəbərə görə, hadisə 24 yanvar saat 06:55-də qeydə alınıb.

İnsident nəticəsində Henri-Hayk Zakaryan (2001-ci il) və Armen Mesropyan (2000-ci il) yaralanıb.

Faktla bağlı araşdırma aparılır.