Qarabağda maşın minaya düşüb - 3 ölü, 2 yaralı

qarabagda-masin-minaya-dusub
Oxunma sayı: 2398

İşğal altındakı Dağlıq Qarabağda avtomobil minaya düşüb.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, iki nəfər isə yaralanıb. 

“Niva” markalı avtomobildə mülki vətəndaşların olduğu bildirilir. Avtomobil mina və partlamamış hərbi sursatların zərərsizləşdirilməsinə yardım edən Halo Trust şirkətinə məxsus olub.