Qarabağ münaqişəsi zonasında aparılan axtarış işləri zamanı daha 1 erməni hərbçinin meyiti tapılıb.
Bu barədə “Qafqazinfo” “News.am”a istinadən xəbər verir.
Onun şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.
Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 355-ə çatıb.
Son xəbərlər
Son Xəbərlər