Qarabağda meyiti tapılan erməni hərbçilərin sayı açıqlandı

qarabagda-meyiti-tapilan-ermeni-herbcilerin-sayi-aciqlandi
Oxunma sayı: 2388

Qarabağ münaqişəsi zonasında aparılan axtarış işləri zamanı daha 3 erməni hərbçinin meyiti tapılıb.

Bu barədə “Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir.

Meyitlər ermənilərin Laçın rayonunda apardıqları axtarışlar zamanı aşkarlanıb.

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 374-ə çatıb.

İtkin hərbçilərin axtarışları bu gün Hadrut və digər ərazilərdə davam etdiriləcək.