“Qarabağ”da növbəti dəfə kobud qapıçı səhvi - Video

“Qarabağ”da növbəti dəfə kobud qapıçı səhvi
Oxunma sayı: 2870

“Qarabağ” növbəti dəfə qapıçısının etdiyi səhvlə gündəmə gəlib.

“Qafqazinfo” xəbər verir ki, hazırda “Turan Tovuz”la qarşılaşan ağdamlıların çərçivə qoruyucusu Luka Quqeşaşvili rəqibin hücumu zamanı kobud səhvə yol verib.

Gürcüstanlı çərçivə qoruyucusu irəli çıxaraq topu tutmaq istəsə də, buna nail olmayıb. Nəticədə “Turan Tovuz” hesabı bərabərləşdirib.

Quqeşaşvilinin bu səhvi sosial şəbəkələrdə müzakirə edilib.

Qeyd edək ki, hazırda “Qarabağ” 2:1 hesabı ilə qalib gəlir. Ağdamlıların qollarını Musa Qurbanlı və Ramil Şeydayev verib. Tovuzluların heyətində isə Runi Eva fərqlənib.