“Qarabağ”da quldurluq edən yeniyetmələr saxlanılıb

qarabagda-quldurluq-eden-yeniyetmeler-saxlanilib
Oxunma sayı: 1799


Bakı şəhər BPİ-dən “Qafqazinfo”ya verilən məlumata görə, aprelin 18-nə keçən gecə Təbriz küçəsində yerləşən Qarabağ mehmanxanasının həyətində Bakı şəhər sakini  Taryel Axundovu bıçaqla hədələyərək 6 manat pulunu, brilyant qaşlı qızıl üzüyünü, gümüşdən olan üzüyü, boyunbağını, bilərziyini və qol saatını zorla alıblar.

Hadisəni törətməkdə şübhəli bilinənlər, Salyan rayon sakinləri - 1997-ci il təvəllüdlü Xanbala Vüqar oğlu Qurbanov, 1996-cı il təvəllüdlülər Xəyal Vüqar oğlu Səmədov və Yusif Aslan oğlu Əliyev tutulub.

Murad Əhməd