“Qarabağda Rusiya bayrağı dalğalanmasa, sülh olmayacaq” - Jirinovski

qarabagda-rusiya-bayragi-dalgalanmasa-sulh-olmayacaq
Oxunma sayı: 4846

Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski Moskvada keçirilən 1 May mitinqində növbəti dəfə Ermənistan- Azərbaycan münaqişəsinə və Qarabağda aprelin əvvəlindəki dörd günlük müharibə mövzusuna toxunub.

Qafqazinfo”nun virtualaz.org-a istinadən məlumatına görə, Jirinovski bildirib ki, Qarabağda hərbi əməliyyatlar hələ qurtarmayıb, o davam edir və bundan sonra da davam edəcək”.

RLDP liderinin fikrincə, münaqişənin həllinin yeganə yolu Rusiyanın regionda təmsil olunması və Rusiya bayrağının Qarabağda ucaldılmasıdır: “Nə qədər ki, Qafqaz və Zaqafqaziya üzərində Rusiya bayrağı dalğalanmır, orada heç vaxt sülh olmayacaq”.