Qarabağda Rusiya sülhməramlılarının təhlükəsizliyi tam gücləndirildi

qarabagda-rusiya-sulhmeramlilarinin-tehlukesizliyi-tam-guclendirildi
Oxunma sayı: 3265

Rusiya sülhməramlıları Dağlıq Qarabağda fasiləsiz olaraq vəziyyətin monitorinqini aparır, atəşkəs rejiminə bütün təmas xətti boyu riayət olunur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

“Müşahidə postlarında Rusiya sülhməramlıları fasiləsiz olaraq vəziyyətin monitorinqini aparır və atəşkəs rejiminə riayət olunmasına nəzarət edir. Bütün təmas xəttində atəşkəs rejiminə riayət olunur”, - məlumatda deyilir.

Qeyd edilir ki, Rusiya hərbçiləri vətəndaşların Dağlıq Qarabağa təhlükəsiz qayıdışını təmin edir, humanitar yardım göstərir, mülki infrastruktur obyektlərini bərpa edirlər.

Sülhməramlılar təlimlər zamanı müşahidə postlarının qorunması və müdafiəsi üzrə bacarıqlarını təkmilləşdirirlər.

“Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin müşahidə postları hərbi qulluqçuların atıcı silahlardan və qəlpələrdən qorunması, həmçinin yaxın ərazidə dairəvi müşahidənin aparılması üçün nəzərdə tutulan “Blokpost” fortifikasiya istehkamları ilə təchiz edilib”, - məlumatda deyilir.