“Qarabağda sülhməramlılara qarşı təxribat olmayıb” - Rusiya MN

qarabagda-sulhmeramlilara-qarsi-texribat-olmayib
Oxunma sayı: 2680

Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları tərəflərin sərhəd xəttində atəşkəs rejiminə riayət olunmasını və nəqliyyatın təhlükəsizliyini, Laçın dəhlizi boyunca ərzaq və müxtəlif malların daşınmasını təmin etməyə davam edirlər.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Son bir həftə ərzində sülhməramlı kontingentin məsuliyyət zonasında atəşkəs pozuntuları və Rusiya hərbçilərinə qarşı təxribat xarakterli hərəkətlər qeydə alınmayıb",-deyə açıqlamada qeyd olunub.

Bildirilib ki, Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqələrinin heyəti müntəzəm olaraq döyüş hazırlığı fəaliyyətləri keçirir, pozuntuların və müşahidə məntəqəsinə mümkün hücumların qarşısını almaq üçün təlimlər təşkil edir.