“Qarabağda sülhün bərpasında Moskva ilə Bakının mövqeləri üst-üstə düşür”

“Qarabağda sülhün bərpasında Moskva ilə Bakının mövqeləri üst-üstə düşür”
Oxunma sayı: 1841

Rusiya və Azərbaycanın Qarabağda konfessiyalararası sülhün bərqərar olması ilə bağlı mövqeyi tamamilə üst-üstə düşür.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda keçirdiyi mətbuat konfransında deyib.

“Azərbaycan Prezidenti bu gün birgə üçtərəfli bəyanatın bütün elementlərinin ardıcıl və vicdanla həyata keçirilməsinin zəruriliyinə xüsusi diqqət yetirdi”, - deyə rusiyalı siyasətçi bildirib.

Nazir əlavə edib ki, “bizim dinlərarası, millətlərarası sülhün, birgəyaşayışın və barışığın bərpa olunmasına şərait yaratmaq zərurəti ilə bağlı mövqelərimiz, həmçinin üst-üstə düşür”.