“2021-ci ildə Qarabağın bir sıra rayonlarının (Ağdərə, Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl) bitki genetik ehtiyatlarının floristik təftişi, bioekoloji xüsusiyyətləri və istifadə imkanları təhlil edilib”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə AMEA Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov açıqlama verib.
Onun sözlərinə görə, tədqiqatlar nəticəsində 9 genofond qrupuna aid (yabanı qida, tərəvəz, meyvə və giləmeyvə, ədviyyat, yem, dərman, vitaminli, balverən və boyaq bitkiləri) 163 fəsilə, 391 cinsə aid 541 növün yayılması aşkar edilib.
Z.Əkpərov bildirib ki, torpqalarımızın işğaldan azad olunması nəticəsində bu ərazilərdə yayılmış bitki və heyvan genetik müxtəlifliyi əsl sahibinə qaytarılıb və onların müqayisəli tədqiqi üçün tarixi şərait yaranıb.
Alimin sözlərinə görə, aparılmış təhlillər göstərib ki, qeyd edilən bitkilərdən perspektivli növlərə əsasən Füzuli (127 növ) və Ağdam (93 növ) rayonlarında rast gəlinir. Ərazidə itmək təhlükəsində olan 65 bitki növü aşkar edilərək Azərbaycanın “Qırmızı kitab”ının yeni nəşrinə daxil edilməsi tövsiyə olunub.
Son xəbərlər
Son Xəbərlər