Qarabağda ucaldılan bayraq Hulusi Akara hədiyyə edildi - Fotolar +Video

Qarabağda ucaldılan bayraq Hulusi Akara hədiyyə edildi
Oxunma sayı: 1577

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın “Tək Vətən Hərəkatı”nın qazilərini qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qəbulda Milli Müdafiə nazirinin müavini Yunus Əmrə Karaosmanoğlu da iştirak edib.

“Biz iki dövlət, bir millətik. Biz buna ürəkdən inanırıq”, - deyə Akar bildirib. 

Azərbaycan Ordusunun “Tək Vətən əməliyyatı” ilə işğal altındakı torpaqlarını xilas etdiyini xatırladan Akar, “Azərbaycan ordusu əməliyyatı böyük uğurla həyata keçirdi. Biz buna sevinirik”. deyib.

Əməliyyat zamanı şəhid olanlara Allahdan rəhmət, qazilərə şəfa diləyən nazir “Bizim vəzifəmiz Türkiyə və Azərbaycan qardaşlığını daha da dərinləşdirməkdir. Beləliklə, biz gələcəyə güc və inamla baxa bilərik” söyləyib. 

Azərbaycan qaziləri adından edilən çıxışda Türkiyə Silahlı Qüvvələrinə təşəkkür edilib. Azərbaycanlı qazilər Qarabağda dalğalandırdıqları Azərbaycan bayrağını Hulusi Akara hədiyyə ediblər.