“Qarabağ”da vacib oyunöncəsi ciddi itki

qarabagda-vacib-oyunoncesi-ciddi-itki
Oxunma sayı: 3234

Avropa Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə oyunda zədələnmiş “Qarabağ”ın futbolçusu Marko Yankoviç həkim müayinəsindən keçib.

“Qafqazinfo” Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, müayinənin nəticəsinə görə, oyunçunun sol baldır əzələsində 2-ci dərəcəli yırtılma aşkar edilib.

Həkimlərin rəyinə əsasən, Marko Yankoviç zədə səbəbindən 4 həftə yaşıl meydanlardan kənar qalacaq.

Həmçinin oxuyun: В аэропорту Гейдар Алиев задержан гражданин Узбекистана