“Qarabağda Xocalı başda olmaqla bir çox qırğın törədildi, heç kim tədbir görmədi”

qarabagda-xocali-basda-olmaqla-bir-cox-qirgin-toredildi-hec-kim-tedbir-gormedi
Oxunma sayı: 2120

“Azərbaycan torpaqları və onun tərkib hissəsi olan Qarabağ illərlə işğal altında qaldı. Xüsusilə Xocalıda çoxlu qırğınlar törədildi, lakin heç bir beynəlxalq qurum tədbir görmədi”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sakaryada təşkil oluna mitinqdə çıxışı zamanı deyib.

“Suriyada 1 milyon insan vəhşicəsinə öldürülüb. 12 milyon insan köç etmək məcburiyyətində qaldı. Bunu dayandırmaq üçün heç kim, heç bir addım atmadı. Oktyabrın 7-dən Qəzzada əksəriyyəti uşaq, qadın və mülki vətəndaşlardan ibarət 30 min günahsız fələstinli şəhid olub. 70 mindən çox dinc sakin yaralanıb. Nə qərb dövləti, nə də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bunun qarşısını almaq üçün heç bir faydalı səy göstərmədi”, - Ərdoğan əlavə edib.