Qarabağda yenidənqurmada iştirak üçün bu qədər Rusiya şirkəti müraciət edib

qarabagda-yenidenqurmada-istirak-ucun-bu-qeder-rusiya-sirketi-muraciet-edib
Oxunma sayı: 1448

“14 Rusiya şirkəti Qarabağda yenidənqurma layihələrinin həyata keçirilməsi üçün müraciət ediblər”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bu gün keçirdiyi mətbuat konfransında söyləyib.

Onun sözlərinə görə, şirkətlərin konkret təklifləri var və əksəriyyəti podratçılıqla bağlı olsa da, onların sırasında sənaye və kənd təsərrüfatı sahələrinə investisiya layihələri də var.

Səfir qeyd edib ki, Rusiya şirkətləri, həmçinin Azərbaycanda dəmir yolu avadanlıqlarının, tikinti materiallarının istehsalı, eləcə də fermer təsərrüfatlarının yaradılması üzrə layihələrin həyata keçirilməsində maraqlıdır.

“Rusiya şirkətlərinin Azərbaycanda enerji obyektlərinin modernləşdirilməsi və inşasında iştirakı imkanları da müzakirə olunur”, - deyə Boçarnikov əlavə edib.

M. Boçarnikov vurğulayıb ki, 2021-ci ildə Azərbaycana Rusiyadan iki biznes missiya səfər edib və bu missiyada ümumilikdə 50 şirkət iştirak edib. O bildirib ki, 2022-ci ilin fevral ayında Udmurtiya və Sankt-Peterburqdan Azərbaycana bu cür missiyaların səfəri gözlənilir.