Qarabağda yenidənqurmanın gizli qəhrəmanları - Fotolar

qarabagda-yenidenqurmanin-gizli-qehremanlari
Oxunma sayı: 2090

“Anadolu” agentliyi Azərbaycanın işğaldan azad etdiyi Füzulinin Horadiz kəndində minatəmizləmə işlərini görüntüləyib.

“Qafqazinfo”nun məlumatına görə, minatəmizləmə işləri Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən həyata keçirilir. Azərbaycan ordusunun mühəndis birlikləri və TSK-nın OMAT komandaları da bu işlərə öz töhfələrini verirlər.

Minaaxtarma işləri əllə, şişlə və detektorlardan istifadə edərək aparılır. Həmçinin, xüsusi təlim keçmiş itlərdən istifadə olunur. Mina aşkar edilən, eləcə də təmizlənən ərazilərə işarələr qoyulur.

Aşkar edilən mina və döyüş sursatları ya nəzarət altına alınaraq zərərsizləşdirilir, ya da məhv edilir.