“Qarabağdakı atəşkəs müvəqqəti olacaq” - Ştaynmayer

qarabagdaki-ateskes-muveqqeti-olacaq
Oxunma sayı: 5856

“Qondarma Dağlıq Qarabağ Respublikasında atəşkəs müvəqqəti olacaq”.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib.

Onun sözlərinə görə, tərəflər danışıq masaında oturub sülh qərarına gəlməlidir.
“Qarabağ münaqişəsi hərbi yolla həll oluna bilməz. Hər iki tərəf siyasi iradələrini nümayiş etdirərək Minsk danışıqları prosesinə qayıtmalıdır”, - deyə Ştaynmayer bildirib.