Qarabağdakı bu çaylarda hidroloji stansiyalar quraşdırılacaq

qarabagdaki-bu-caylarda-hidroloji-stansiyalar-qurasdirilacaq
Oxunma sayı: 1239

“Qarabağ ərazisində yerləşən çaylarda hidroloji müşahidə şəbəkəsi bərpa olunacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qubadlı rayonuna təşkil etdiyi media tur çərçivəsində Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, işğaldan əvvəl Qarabağda su obyektlərində 17 məntəqədən ibarət və 100 illik tarixə malik olan müşahidə şəbəkəsi fəaliyyət göstərib:

“Qarabağın sıx çay şəbəkəsi mövcuddur. Bu çayların Qarabağın və ölkənin digər rayonlarının kənd təsərrüfatı kompleksi üçün böyük əhəmiyyəti var”.

U. Tağıyeva həmçinin əlavə edib ki, yaxın 4-5 il ərzində Qarabağda 13 məntəqədə müasir avtomatlaşdırılmış hidroloji stansiyaların tətbiqi planlaşdırılır.

Stansiyalar Tərtərçay, Xaçınçay, Qarqarçay, Levçay, Köndələnçay, Zabuxçay, Qarqarçay, Bərgüşadçay, Oxçuçay, Bəsitçay və Araz çayında quraşdırılacaq.

Gülnar Əliyeva