“Qarabağ”dan AFFA-ya müraciət- - Hakim dəyişdirilsin

qarabagdan-affa-ya-muraciet-
Oxunma sayı: 2026


“Qafqazinfo” klubun saytına istinadən xəbər verir ki, Əliyar Ağayevin 2 tur öncə idarə etdiyi “Neftçi” - "Simurq" qarşılaşmasından sonra idarəçiliklə bağlı yaranmış narazılıq və bu gün "Neftçi" - "Qarabağ" görüşünün təyinatlarından sonra yaranmış ajiotajı nəzərə alaraq "Qarabağ" rəhbərliyi "Neftçi" PFK-ya müraciət edib.

Müraciətdə deyilir: "Neftçi" - "Qarabağ" matçına təyinatlar açıqlandıqdan sonra Əliyar Ağayevlə bağlı yaranmış söz-söhbəti nəzərə alaraq, Əliyar Ağayevin istənilən hakimlə əvəz olunmasını təklif edirik".

"Qarabağ" hakimin dəyişdirilməsi ilə əlaqədar AFFA-ya da müraciət edib.

Klubun direktoru Əmrah Çəlikəlin imzası ilə federasiyaya ünvanlanan müraciətdə deyilir: "Premyer Liqanın XXIII turunda baş tutacaq "Neftçi" - "Qarabağ" oyununa təyinat almış Əliyar Ağayevin adı ətrafında yaranmış söz-söhbətləri nəzərə alaraq, müvafiq qurumlara oyunun baş hakiminin istənilən hakimlə dəyişdirilməsini təklif edirik”.