“Qarabağ”dan ayrılan braziliyalı rəsmən yunan klubunda - Foto

qarabagdan-ayrilan-braziliyali-resmen-yunan-klubunda
Oxunma sayı: 1267

“Qarabağ”dan ayrılan braziliyalı yarımmüdafiəçi Çumbinyo yeni klubu ilə rəsmi müqavilə imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, “sambaçı” Yunanıstanın “Atromitos” klubu ilə 6 aylıq rəsmi müqaviləyə qol çəkib. 

Lakin komandanın baş məşqçisi ondan razı qalarsa, mövsümün sonunda müqaviləsi daha 1 il müddətinə uzadılacaq.