“Qarabağ”dan böyük hesablı qələbə

qarabagdan-boyuk-hesabli-qelebe
Oxunma sayı: 1218


“Qafqazinfo”nun qol.az-a istinadən məlumatına görə, son oyun günündə iki qarşılaşma keçirilib.

Lider “Qarabağ” öz meydanında autsayder “Bakı”nı qəbul edib. Ağdam təmsilçisi matçın aşkar favoriti hesab olunurdu. Qurban Qurbanovun komandası rəqibinə 4:1 hesabı ilə qalib gəlib.

Digər görüş Lənkəranda baş tutub. Burada “Xəzər Lənkəran” “İnter”i qəbul edib. Səfərdə 2:1 hesabı ilə qalib gələn "İnter" turnir cədvəlinin ikinci pilləsindəki mövqeyini möhkəmləndirib.