“Qarabağ”dan darmadağın

qarabagdan-darmadagin
Oxunma sayı: 2739

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 26-cı tura yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, turun qapanış matçında “Qarabağ” “Sabah”la üz-üzə gəlib. Ağdam təmsilçisi liderliyini qorumaq üçün mütləq qələbə qazanmalıydı. Əks halda bir gün əvvəl qələbə qazanan “Neftçi” çempionluq yarışında yenidən önə keçmiş olacaqdı. Amma Ağdam klubu darmadağınla qalib gələrək buna imkan verməyib.

Xatırladaq ki, dünən “Neftçi” səfərdə “Səbail”ə 4:0 hesabıyla qalib gəlib.

Azərbaycan Premyer Liqası
26-cı tur
9 may

“Sabah” – “Qarabağ” 0:4
Qol: A.Zubir, 28. M.Emreli, 32. X.Romero, 41. M.Medvedev, 45+3-pen.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Nahid Əliyev, Rauf Allahverdiyev.
“Bank Respublika Arena”, 20:15.