“Qarabağ”dan “Düdelanj”la matçı izləyən azarkeşlərə sürpriz

qarabagdan-dudelanjla-matci-izleyen-azarkeslere-surpriz
Oxunma sayı: 2414

“Qarabağ” azarkeşlərinə növbəti avrokubok mövsümündə bilet hədiyyə edəcək. “Qafqazinfo” xəbər verir ki, Ağdam klubu dünən heç bir əhəmiyyət daşımayan “Düdelanj”la avrokubok matçına gələn azarkeşləri növbəti mövsümün ilk matçında pulsuz stadiona buraxacaq. 

Bununla bağlı klubun rəsmi feysbuk səhifəsi məlumat yayıb. Bunun üçün dünənki matçı izləyən fanatlar aldıqları biletlər və şəxsiyyət vəsiqəsi ilə “İtikcet” satış məntəqələrinə yaxınlaşaraq  növbəti mövsüm üçün biletlərini indidən əldə edə bilərlər. 

Qeyd edək ki, yalnız ödənişli biletlər nəzərə alınacaq.