Qarabağdan İrəvana gedən avtomobildən iki pulemyot aşkarlandı

qarabagdan-irevana-geden-avtomobilden-iki-pulemyot-askarlandi
Oxunma sayı: 3881

Ermənistan hüquq-mühafizə orqanları Qarabağdan İrəvana gedən avtomobildən iki ədəd pulemyot aşkar ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, hadisə mayın 1-də saat 06:40-da Sünik rayonunun Sisian şəhəri yaxınlığındakı magistralda baş verib.

Avtomobildə olan 3 vətəndaşdan biri saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır.