“Qarabağ”dan milyonluq transfer

qarabagdan-milyonluq-transfer
Oxunma sayı: 3602

“Qarabağ” qanalı hücumçu Abdul-Aziz Yakubu ilə müqavilə imzalayıb.

“Qafqazinfo” “ghanasoccernet.com” saytına istinadən xəbər verir ki, 22 yaşlı hücumçu ilə 4 illik sözləşmə imzalanıb.

Məlumata görə, Ağdam klubu Yakubu üçün klubu “Vitoriya”ya (Gimaraynş) 1 milyon avro ödəyib.

Yakubu ötən mövsüm icarə əsasında Portuqaliyanın 2-ci liqa təmsilçisi “Eştoril”də çıxış edib. 

O, bu komanda ilə 34 oyunda 15 qol vurub.