Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək.
"Qafqazinfo" xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" turnirdə ilk matçına çıxacaq.
Ağdam təmsilçisi evdə Lüksemburq çempionu "Düdelanj"ı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 20-da Lüksemburqda keçiriləcək.
12 iyul
Çempionlar Liqası, II təsnifat mərhələsinin ilk oyunu
21:00. "Qarabağ" (Azərbaycan) - "Düdelanj" (Lüksemburq)
Baş hakim: Orel Qrinfild
Yan xətt hakimləri: Danni Krasikov, İdan Yarkoni
Dördüncü hakim: Menaşe Masiah (hamısı İsrail)
***
Oyun başladı
***
Oyunun 9-cu dəqiqəsində "Qarabağ" hesabı açdı. Riçard Almeyda penaltidən fərqləndi.
***
Riçard Almeyda 27-ci dəqiqədə hesabı 2:0 edir.
***
İlk hissə başa çatdı.
***
İkinci hissə başladı.
***
Oyun 2:0 "Qarabağ"ın qələbəsi ilə başa çatdı.
Son xəbərlər
Son Xəbərlər