“Qarabağ”dan mövsümdə ilk məğlubiyyət - Video

qarabagdan-movsumde-ilk-meglubiyyet
Oxunma sayı: 1799

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, turun son matçında “Qarabağ” “Səbail”in qonağı olub.

“ASCO Arena”dakı oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu, “Qarabağ”ın cari mövsümdə ilk məğlubiyyəti olub. Həmçinin, komandanın 16 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyulub.

Bu nəticədən sonra “Qarabağ” 17 xalla liderliyini qoruyub. Xallarını 9-a çatdıran “Səbail” isə 5-ci pilləyə yüksəlib.

Qeyd edək ki, ilk oyun günündə “Sabah” evdə “Sumqayıt”a 3:0, “Qəbələ” səfərdə “Keşlə”yə 3:2 hesabı ilə qalib gəlib. Ötən gün baş tutan matçda isə “Neftçi” “Zirə”ni məğlub edib - 2:1.