“Qarabağ”dan önəmli transfer -

qarabagdan-onemli-transfer-
Oxunma sayı: 1308


“Qafqazinfo” xəbər verir ki, ağdamlılar ispan futbolçu Mikel Markos Madera ilə razılıq əldə edib. Bu barədə məlumatı saytımıza klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov verib. Onun sözlərinə görə ispan futbolçu ilə 2 illik müqavilə imzalanacaq. 

Qeyd edək ki, Maderanın son klubu Hayfa "Makkabi"si olub. İspaniyanın "Real Oviedo" klubunu yetirməsi olan yarımmüdafiəçi peşəkar karyerasına “Sportinq”də (Xixon) başlayıb. Sonradan İngiltərənin “Birmingem” klubuna transfer olunub. 1 mövsümü burda keçirən Markos Yunanıstan AEK klubunda isə cəmi 6 ay çıxış edib. Ordan ayrıldıqdan sonra  3 il "Xetafe"nin Uğurları üçün çalışan futbolçu 54 oyunda 1 dəfə rəqib qapılarına yol tapıb.

“Qafqazinfo”