“Qarabağ”dan “Qalatasaray”a təbrik

qarabagdan-qalatasaraya-tebrik
Oxunma sayı: 1682

“Qarabağ” “Qalatasaray”ı Türkiyə çempionu olmasına görə təbrik edib.

"Qafqazinfo" xəbər verir ki, klub bunu rəsmi tviter hesabında paylaşıb.

Paylaşımda, - “Türkiyə çempionu olan qardaş “Qalatasaray” klubunu təbrik edirik”, - sözləri qeyd olunub.

Xatırladaq ki, dünən “Qalatasaray” “Ankaragücü”nə 4:1 hesabı ilə qalib gələrək 23-cü dəfə Türkiyə çempionluğunu qazanıb.