“Qarabağ”dan qələbə - Video

qarabagdan-qelebe
Oxunma sayı: 1027

Bu gün Topaz Premyer Liqasında 21-ci turun oyunlarına yekun vurulur.

“Qafqazinfo”nun məlumatına görə, son oyun günündə “Kəpəz” Gəncədə lider “Qarabağ”ı qəbul edib. Oyunun ilk qolunu 9-cu dəqiqədə Rəşad Sadıqov vurub.

Rəqib komandanın futbolçusu Namiq Ələsgərov 45-ci dəqiqədə hesabı bərabərləşdirə bilib. Amma oyunun sonuna bir neçə dəqiqə qalmış-83-cü dəqiqədə küncdən zərbə ilə Əfran İsmayılov komandasını yenidən irəli çıxarıb.

Beləliklə, “Qarabağ” oyundan 2:1 hesablı qələbə, 3 xalla ayrılıb.