“Qarabağ”dan şəhid azarkeşi ilə bağlı maraqlı addım

qarabagdan-sehid-azarkesi-ile-bagli-maraqli-addim
Oxunma sayı: 2220

“Qarabağ” şəhid azarkeşi Məhəmmədəli İbrahimlinin adını Azərbaycan Premyer Liqasında tutduqları yerə görə veriləcək medalları alanların siyahısına salıb.

Bu barədə “Qafqazinfo”ya klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib. 

Klub rəsmisinin sözlərinə görə İbrahimli “Qarabağ” komandasının üzvü kimi ölümündən sonra Azərbaycan Premyer Liqasının medalına layiq görüləcək.

Qeyd edək ki, M.İbrahimli ikinci Qarabağ müharibəsi zamanı qəhrəmancasına şəhid olub.