““Qarabağ”dan təklif gəlsə, qəbul edərəm” - Şimali irlandiyalı hücumçu

qarabagdan-teklif-gelse-qebul-ederem
Oxunma sayı: 800

Xəbər verdiyimiz kimi, Azərbaycan millisi Dünya Çempionatının seçmə mərhələsində Şimali İrlandiyaya məğlub olub.

Rəqibin hücumçusu Keyli Lafferti “Qafqazinfo”ya açıqlamasında qələbəni şərh edib:

“Oyun bizim üçün çox ağır keçdi. Azərbaycan millisi bizim üçün həyacanlı anlar yaşatdı. Sevinirəm ki, lazım olan nəticəni əldə edib 3 xalı qazanaraq qrupdakı mövqeyimizi yaxşılaşdırdıq”.

Britaniyalı hücumçu “Qarabağ”a keçidi haqda da danışıb:

“Onlardan mənimlə əlaqə saxlayan heç kimsə olmayıb. Amma “Qarabağ”dan təklif gələrsə, qəbul edərəm. Çünki Bakı mənim çox xoşuma gəldi. Mən burada qalıb futbol oynaya bilərəm”.

Elsevər