"Qarabağ" heyətini daha bir futbolçu ilə gücləndirir.
“Qafqazinfo” futbol11.az-a istinadən xəbər verir ki, söhbət Ağabala Ramazanovdan gedir.
"Qarabağ"ın icraçı direktoru Əmrah Çəlikəl açıqlamasında məsələyə belə münasibət bildirib:
"Hələlik aramızda rəsmi anlaşma yoxdu. Əgər razılıq əldə olunsa, o, komandamızın Antalyadakı təlim-məşq toplanışına qatılacaq. Onun "İnter"lə olan məsələsini bilmirəm. Yəni, futbolçu ilə rəsmi olaraq münasibətlərə aydınlıq gətirməmişik".
Qeyd edək ki, Ramazanovun "bankirlər"lə olan müqaviləsinin müddəti mövsümün sonuna qədər idi.
Son xəbərlər
Son Xəbərlər