“Qarabağ”ı azarkeşləri, “Neftçi” və “Şamaxı”nı futbolçuları ziyana saldı

qarabagi-azarkesleri-neftci-ve-samaxini-futbolculari-ziyana-saldi
Oxunma sayı: 1249

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, müzakirələrdən sonra Premyer Liqanın 24-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
 
“Sabah” – “Şamaxı” oyununda oyun öncəsi dövlət yanğından mühafizə xidməti nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunub (maddə 62.2);
 
“Şamaxı” klubunun futbolçusu Flores Franko rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub (maddə 47.1);
 
“Şamaxı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub (maddə 39);
 
“Səbail” – “Neftçi” oyununda “Neftçi” klubunun futbolçusu Ömər Buludov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub (maddə 47.1);
 
“Qəbələ” – “Qarabağ” oyununda dövlət yanğından mühafizə xidməti maşını oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi kluba xəbərdarlıq edilib;
 
“Qarabağ” klubunun azarkeşləri pirotexnikadan istifadə etdiyi üçün klub 800 manat cərimə olunub (maddə 51.2);