“Qarabağı da, Zəngəzuru da nümunəvi bir bölgə kimi quracağıq”

qarabagi-da-zengezuru-da-numunevi-bir-bolge-kimi-quracagiq
Oxunma sayı: 2684

“Mən demişəm, Qarabağı da, Zəngəzuru da nümunəvi bir bölgə kimi quracağıq. Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.

Prezident bildirib ki, dünya üçün də bir nümunə olacaq:

“Ancaq mənim sözüm beynəlxalq təşkilatlaradır. İnsan hüquqları ilə məşğul olanlar, ədalət prinsiplərini rəhbər tutanlar heç olmasa, Azərbaycana da diqqət yetirsinlər və ikili standartlardan kənar olsunlar.

Bir sözlə, bu mənzərə hər şeyi necə deyərlər, göstərir”.