““Qarabağ”ı məğlub edə bilsək…”- - “Yanq Boyz”un yarımmüdafiəçisi

qarabagi-meglub-ede-bilsek-
Oxunma sayı: 725


“Qafqazinfo” xəbər verir ki, yarımmüdafiəçi bugünkü qarşılaşmada qələbə qazanmaq istədiklərini bildirib. 

O qeyd edib ki, onlar qrup mərhələsində oynamaq üçün çalışacaqlar: “Biz yenidən  Avropa Liqasının qrup mərhələsində oynamaq istəyirik. Oyuna yaxşı adaptasiya olacağıq. Rəqib heç də zəif komanda deyil. Amma öz gücümüzə güvənirəm. Hər şey bizim üçün yaxşı olacaq”.

21 yaşlı oyunçu ötənilki uğuru təkrarlamaq üçün oynayacaqlarını bildirib: “Biz ötən il Avropa Liqasının qrup mərhələsində yaxşı çıxış etmişdik. “Qarabağ”ı məğlub edib, oraya düşə bilsək, inanıram ki, yenə eyni şeylər olacaq. Yadınızdadırsa, biz “Napoli”ni 2:0 hesabı ilə məğlub etmişdik. Bütün bunlar üçün bugünkü matçda əlimizdən gələni edəcəyik”.

“Qafqazinfo”