“Rusiya Qarabağı tərk edən sakinlərin bir hissəsinin geri dönməyi planlaşdırması barədə məlumatlar əldə edir”.
“Qafqazinfo” “Aysor.am”a istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Rusiya bu prosesi dəstəkləyəcək: “Qarabağ sakinlərinin bir qismi buna şərait yaradılarsa və təhlükəsizlikləri təmin olunarsa, geri qayıtmağı düşünür”.