“Qarabağı unudub başımızı şou-biznesə qatmışıq”

qarabagi-unudub-basimizi-sou-biznese-qatmisiq
Oxunma sayı: 2816

“Məncə, bu milləti bilərəkdən acizləşdirir, kobudlaşdırır və savadsızlaşdırırlar. Bu millətin kökü, qəhrəmanlar yetişdirmiş tarixi var”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan instaqram hesabında yazıb.

“İndi isə üzdən iraqlar bu millətin dırnaq arası qəhramanlarına çevirib! Qarabağı unudub başımızı şou-biznesə qatmışıq. Tək mənə yox, hamımıza aiddir. Azərbaycanın tarixinə, ədəbiyyatına, musiqisinə, vətəninə, millətinə hörmət etməliyik! Bu, millət olaraq bizim borcumuzdur. Bu gün tariximizi də, ədəbiyyatımızı da, musiqimizi də tapdaq altına atmışıq! Bu gün düşmənlərimiz Azərbaycan musiqisini bizdən yaxşı təmsil edir. Azərbaycan milizmasını, biz azərbaycanlılardan yaxşı çatdırır! Biz isə öz musiqimizi zövqü olmayan, efirlər üçün ac olan, bəzi özünə müğənni deyənlərin sayəsində itiririk”, - deyə, Səidə bildirib.