“Qarabağ”ın Avropa Liqasındakı rəqibi müəyyənləşdi

qarabagin-avropa-liqasindaki-reqibi-mueyyenlesdi
Oxunma sayı: 7171

Xəbər verdiyimiz kimi, “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində Polşanın “Rakuv” klubuna uduzaraq mübarizəni dayandırıb.

“Qafqazinfo”nun məlumatına görə, Ağdam təmsilçisi mübarizəni Avropa Liqasının II təsnifat mərhələsində davam etdirəcək.

Bu mərhələdə Qurban Qurbanovun komandasının rəqibi də müəyyənləşib.

Belə ki, Finlandiyanın HIK klubu Çempionlar Liqasında Norveç “Molde”sinə uduzaraq “Qarabağ”a rəqib olub.

Qeyd edək ki, Avropa Liqasında III təsnifat mərhələsinin oyunları 10-17 avqustda keçiriləcək.