“Qarabağ”ın azarkeşləri hakimə etiraz edirlər

qarabagin-azarkesleri-hakime-etiraz-edirler
Oxunma sayı: 672

Qol.Az-ın məlumatına görə, həmin müraciətdə Rövşən Əhmədovun artıq 9-cu dəfə “Qarabağ”ın oyununa təyinat almasına etiraz bildirilib.

Müraciətdə deyilir: “Son illər, şübhəsiz, ölkəmizdə ən baxımlı futbol nümayiş etdirən və qələbələri ilə bütün ölkə ictimaiyyəti sevindirən komanda “Qarabağ”dır. Bununla yanaşı, “Qarabağ” klubunun futbol ictimaiyyətində yersiz etirazlarla, bəhanələrlə və digər reklam xarakterli səs-küylə gündəmə gəlmədiyinin də hər birimiz şahidiyik.

Elə komandamızın uğurlarının da başlıca səbəbi kimi bunu qeyd etməliyik. İstər futbolçularımız, istər baş məşqçimiz, istərsə də idarə heyətimiz hər zaman provakasiyadan və söz-söhbətdən kənar olmuş və belə stiuasiyalarda barışdırıcı mövqe tutub.

Bu gün Premyer Liqanın I turunun təxirə salınmış “Neftçi” – “Qarabağ” qarşılaşmasına Rövşən Əhmədovun hakim təyin olunması bizi, “Qarabağ” azarkeşlərini narahat etməyə bilməz. “Neftçi” – “Qarabağ” oyunları tarixən qızğın keçmiş və bu matçların nəticəsi ölkə çempionatının taleyində önəmli rol oynayıb. Hakim Rövşən Əhmədov artıq 9-cu dəfədir ki, bu qarşılaşmaya təyinat alır. Biz dəfələrlə Rövşən Əhmədovun idarə etdiyi “Neftçi” – “Qarabağ” oyunlarında neqativ hallara rast gəlmişik.

Dünya praktikasından da bizə məlumdur ki, hər hansı bir hakimin bir neçə dəfə eyni komandaların oyununda neqativ hallara yol verməsi sonda həmin referinin bu komandaların oyununa təyinat almaması ilə nəticələnir. Doğrudur, bəlkə də bu məsələnin bizim işimiz olmadığını düşünəcəksiniz.

Ancaq “Qarabağ”ın bu ilki çempionluq iddiasına və turnir cədvəlinə diqqətlə nəzər yetirsəniz, bizim narahatçılığımızı anlaya bilərsiniz. Artıq “Qarabağ”ımız bir oyun az oynamaqla turnir cədvəlində 3-cü yerdə qərarlaşır. “Neftçi” komandası da bu il çempionluq iddiasındadır və bu matçı öz meydanında oynayır. Bu məqamlar oyunun nə qədər önəmli olduğunun göstəriciləridir.