Biletlərin “qara bazar”da satışına mane olmaq üçün 1 manatlıq biletlər növbəli şəkildə satışa çıxarılır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Qarabağ” FK rəsmi saytında yayıb. Bildirilib ki, sabah baş tutacaq “Qarabağ” – “Kopenhagen” (Danimarka) matçı üçün satışa çıxarılmayan 5 və 25-ci sektorların biletləri oyunun başlamasına 3 saat qalmış: saat 17:00-dan etibarən satışa çıxarılacaq. Bunun da səbəbi biletlərin “qara bazar”a ötürülməsinin qarşısını almaqdır.
Son xəbərlər
Son Xəbərlər