“Qarabağ”ın braziliyalısı Polşa millisində oynaya bilər

qarabagin-braziliyalisi-polsa-millisinde-oynaya-biler
Oxunma sayı: 4035

“Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Kadi Borxes Polşa millisində oynaya bilər. “Qafqazinfo” xəbər verir ki, bu barədə futbolçu futbolinfo.az saytına müsahibəsində deyib. 

O bildirib ki, bu yöndə danışıqlar olub: “Azərbaycan millisində oynamaq üçün 5 il lazımdır. 5 il uzun müddətdi, bu dövrdə nələr olacağını demək çətindi. Azərbaycan yığmasında oynamaq mənim üçün şərəfli olar. Amma düzünü deyim, mənim Polşa millisində oynamaq variantım da var, bu yöndə bəzi söhbətlər olub. İndidən nəsə demək çətindir”.

Qeyd edək ki, Kadi Borxesin babası əslən polşalıdır.