“Qarabağ”ın bu futbolçuları sarı vərəqə alarsa, növbəti oyunu buraxacaq

qarabagin-bu-futbolculari-sari-vereqe-alarsa-novbeti-oyunu-buraxacaq
Oxunma sayı: 2021

Xəbər verdiyimiz kimi, “Qarabağ” sabah Konfrans Liqasının 1/16 final mərhələsində Belçikanın “Gent” klubu ilə qarşılaşacaq.

“Qafqazinfo” xəbər verir ki, evdə oynayacaq Ağdam klubunun heyətində Kevin Medinanın meydana çıxmayacağı bəllidir. 

UEFA Avropa Liqasının qrup mərhələsinin son turunda “Frayburq”la matçda qırmızı vərəqə alan kolumbiyalı müdafiəçi bir oyunluq cəzalıdır. 

Amma “Qarabağ”ın daha 4 futbolçusu sarı vərəqə limitindədir. Abdulla Zubir, Julio Romao, Leandro Andrade və Bəhlul Mustafazadə “Gent”lə matçda cəzalanarsa, səfər qarşılaşmasında meydanda olmayacaq. 

Həmçinin oxuyun: В Турции спустя 227 часов спасена женщина