“Qarabağ”ın cavab matçında şotland hakim

qarabagin-cavab-matcinda-sotland-hakim
Oxunma sayı: 880

“Qarabağ”ın Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Düdelanj”la keçirəcəyi cavab qarşılaşmasının da hakimləri məlum olub.

Qafqazinfo” xəbər verir ki, Lüksemburqda baş tutacaq oyun şotlandiyalı hakimlər briqadasına həvalə edilib.

İyulun 20-də “Jos Nosbaum” stadionunda üz-üzə gələcək rəqiblərin görüşündə Klani Kevin fit çalacaq. Ona həmyerliləri Stevenson Styuart və Karr Sin kömək edəcəklər. Oyunun 4-cü hakimi Robertson Donald olacaq.

Hakimlərin işinə rumıniyalı Aleksandru Dyakon qiymət verəcək. Görüşün UEFA nümayəndəsi isə irlandiyalı Nyuton İmon olacaq.