Bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Neftçi”nin braziliyalı müdafiəçisi Karlos Kordozo deyib. O, dünən Topaz Premyer Liqasının 30-cu turunda “Qəbələ”yə 1:3 hesabı ilə uduzduqları oyundan danışıb: “Bizim bütün diqqətimiz “İnter”lə kubok oyununa yönəlib. Ona görə də bu gün istədiyimiz kimi çıxış etmədik. Komandamızda yorğunluq hiss olunurdu. Əsas hədəfimiz kuboku qazanmaqdır. Çünki mövsümü titulla başa vurmaq üçün tək yolumuz budur. “Qarabağ”ın çempion olacağını indidən demək olmaz. Biz isə ən azı çempionatda ikinci yeri tutmalıyıq və kuboku qazanmalıyıq”.
“Sambaçı” azarkeşlərin komandanın baş məşqçisi Arif Əsədovu istefaya səsləməsinə də münasibət bildirib: “Mən bu barədə danışmaq istəmirəm. Bu suallara yalnız rəhbərlik cavab verə bilər. Bizim işimiz futbol oynamaqdır. Meydana çıxıb işimizi gördük. Bu oyunda vurulan 3-cü qolda mənim səhvim var idi. Qaydanı pozmaq istəmədim. Bilirsiniz ki, mən artıq şərti olaraq cəzalıyam. Altı ay ərzində qırmızı vərəqə ala bilmərəm. Buna görə də rəqibi buraxmaq məcburiyyətində qaldım. Sözsüz ki, qapıçıyla üz-üzə qaldığına görə elə edərdim. Şərti cəzam olmasaydı, Mendini yıxardım”.
Son xəbərlər
Son Xəbərlər