“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki cavab oyununun hakimləri müəyyənləşib.
“Qafqazinfo” xəbər verir ki, Bakıda keçiriləcək qarşılaşmanı ukraynalı referilər idarə edəcək.
İyulun 30-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq matçda əsas söz sahibi Viktor Kopiyevski olacaq. Ona Semyon Şlonçak və Vladimir Vısotski kömək edəcəklər. Dördüncü hakim funksiyasını Dmitri Pançişin yerinə yetirəcək. Qarşılaşma saat 20:00-da başlayacaq.
Qeyd edək ki, “Qarabağ”ın rəqibi I təsnifat mərhələsindəki “Hamrun” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi olacaq. Təmsilçimiz ilk oyununu iyulun 23-də və ya 24-də səfərdə keçirəcək.
Son xəbərlər
Son Xəbərlər