“Qarabağ”ın Çempionlar Liqasında növbəti rəqibi bəlli oldu

qarabagin-cempionlar-liqasinda-novbeti-reqibi-belli-oldu
Oxunma sayı: 4203

Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının (ÇL) 2-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, bu, Moldovanın “Şerif” klubu olub.

Tiraspol təmsilçisi 1-ci təsnifat mərhələsində Lüksemburqun “Fola Eş” klubunu doğma meydanda 2:0 hesabı ilə məğlub edərək Ağdam təmsilçisinə rəqib olub.

Qeyd edək ki, “Qarabağ”la “Şerif” avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşacaq. Qarşılaşma saat 20:00-da start götürəcək.