“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi bəllidir

qarabagin-cempionlar-liqasindaki-reqibi-bellidir
Oxunma sayı: 2343

Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə UEFA Çempionlar Liqasının 1-ci və 2-ci təsnifat mərhələlərinin püşkatma mərasimi keçirilib.

"Qafqazinfo" xəbər verir ki, Avropanın ən nüfuzlu klub turnirində Azərbaycanı təmsil edəcək "Qarabağ" öz rəqibini tanıyıb. Qurban Qurbanovun komandası Sloveniyanın "Olimpiya" (Lyüblayana) klubu ilə qarşılaşacaq. Ağdam klubu mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayacaq.