“Qarabağ”ın formasını yardım üçün satışa çıxardı - Foto

qarabagin-formasini-yardim-ucun-satisa-cixardi
Oxunma sayı: 2968

2008-2009-cu illərdə “Qarabağ”da məşqçi kimi çalışan Mehmet Ak Ağdam klubunun formasını satışa çıxarıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı mütəxəssis sosial şəbəkə hesabında paylaşım edib.

Türkiyəli məşqçi satışdan gələcək gəliri ölkədə baş verən zəlzələ nəticəsində zərərçəkənlərə yardım üçün göndərəcək: “2007/08 və 2008/09 mövsümlərində Azərbaycan kubokunu qazandığımız “Qarabağ”ın imzalı formalarını 1000 dollara satışa çıxarıram”.